Razılaşın ki pəhriz zamanı şirin desert yemək istəyi çox olur. Ancaq düzgün qidalanma rejimində olanda bu qədər əzab çəkməyə ehtiyac yoxdur. Axı çox dadlı və eyni zamanda faydalı, sizin bədənə zərər verməyəcək və razı salacaq desertlər var. Bananla kəsmikli desert sizin üçün azkalorili, ləzzətli səhər yeməyi və ya qəlyanaltı olacaq
İNQREDİYENTLƏR:
Yağsızlaşdırılmış kəsmik - 300q
Banan - 2 ədəd
Kakao - 1 xorək qaşığı
Bəzək üçün - qoz-fındıq zövqə görə
HAZIRLANMASI:
Şokolad təbəqəsi üçün: Kəsmiyi ½ hissəsin, banan və kakaonu blenderdə qarışdırmaq. Ağ təbəqəsi üçün: kəsmiyin ½ hissəsin və bananı blenderdə qarışdırmaq. Bu təbəqə daha qalın alınmalıdır. Qaba ağ təbəqəni qaşıqla ehtiyatla qoyuruq. Sonra isə şokoladlını. 3-4 təbəqə düzəldirik. Mərkəzə qoz-fındıq qoyaraq bəzəmək olar.