

Bodibildinq üzrə Azərbaycan Çempionatı
30 oktyabr 2016-ci il tarixdə, Elektro Events Hall-da Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının və Aquatic Gym-in birgə təşkilati dəstəyi, GM Sport və Best Gym-in sponsorluğu ilə Bodibildinq üzrə Azərbaycan çempionatı keçiriləcək.
Yarışda atletlər klassik bodibildinq və bodibildinq üzrə, klassik bodibildinqdə 1.75 sm-ə qədər və 1.75 sm-dən yuxarı, bodibildinqdə 80 kq qədər və 80 kq-dan yuxarı olmaqla iki kateqoriyada mübarizəyə qoşulacaqlar.
Yarışın informasiya dəstəkçiləri GM Sport və Azərbaycan Bodibildinq və Fitnes Federasiyasıdır.
Biletləri Azərbaycan Bodibildinq və Fitnes Federasiyasından və Best Gym idman klubundan əldə edə bilərsiniz.