Əzələ itkisi necə yaranır?

Yayımlanıb: 22-11-2016

Atrofiya (əzələ itkisi) necə yaranr?

Atrofiya sözünün mənası bədəndəki hər hansı bir orqanın və ya toxumanın kiçilməsi mənasını verir. Əzələlərin atrofiyaya uğraması əzələ kütləsinin itirilməsi deməkdir. Əzələlərdə liflərin sayı eyni qalsa da həcmlərində kiçilmə baş verir.

 

Əzələlərdə atrofiyaya səbəb nədir?

1. Fiziki hərəkətsizlik nəticəsində yaranan atrofiya. Fiziki hərəkətsizlik qədər, həddən artıq məşq etməkdə əzələ atrofiyasına səbəb olur. Bu səbəbdəndə 45-60 dəqiqədən artıq məşq etmək məsləhət deyil. Əgər siz məşqlərə yeni başlayırsınızsa, əzələləriniz zəifdirsə həftədə 3 gün məşq etməniz məsləhətdir. Çəkiniz az deyilsə, əzələləriniz normaldırsa onda həftədə 4 gün, əgər kilo vermək istəyirsinizsə onda həftədə 5 gün məşq edin.

2. Düzgün qidalanmamaq səbəbindən yaranan atrofiya. Ağır çəkilərlə, intensiv, saatlarla məşq edib lazımi qədər karbohidrat, zülal, yağ, vitamin və minerallar qəbul etməmək əzələ kiçilməsinə (atrofiyaya) səbəb olur.

3. Xəstəliklərlə bağlı yaranan əzələ atrofiyası. Müxtəlif xəstəliklər səbəbindən dietik qidalanma əzələlərin atrofiyasına səbəb olur.

4. Yaşlılıqla bağlı yaranan əzələ atrofiyası. Məşq etmədikdə tədricən 25-30 yaşdan sonra bədənimiz əzələ itirməyə başlayır. Əzələ itkisi yaşa dolduqca daha da intensivləşir. Bu səbəbdən yaşa dolduqca idmanla məşğul olmaq çox önəmlidir.

5. Hormonla bağlı yaranan əzələ atrofiyası. Hormonların törətdiyi əzələ atrofiyası uzun müddət anabolik və androgenik steroidləri istifadə edən idmançılarda müşahidə edilir. Buna səbəb nəticədə hormon sisteminin pozulmasıdır. Uzun müddət testesteron hormonu qəbul edən idmançıların əzələlərində sürətli artım olur və bu hormonun qəbulu kəsildikdə əzələlərdə atrofiya baş verir. Çünki xaricdən aldığımız hormonlar orqanizm tərəfindən istehsal olunan hormonların sintezini azaldır və ya dayandırır.

 

Atrofiyanın qarşısını necə ala bilərik?

1. 45-60 dəqiqədən artıq məşq etməyin.

2. Qidalanma zamanı lazımi qədər zülal, karbohidrat, yağ ,vitamin və mineral qəbul edin.

3. Aktiv həyat tərzi yaşayın, çox oturmayın, piyada çox gəzin.

4.  Hər gün 7- 9 saat yatın.

 

Müəllif - İFBB Bodibilder ELNUR ŞIXƏLİYEV