Əzələ kütləsini artırmaq üçün 5 ipucu!

Yayımlanıb: 27-04-2017

Sürətli  şəkildə əzələ kütləsi artırmaq istəyirsinizsə, mütləq bunları edin: 
 

1. Yüksək kalori qəbul edin:


Əzələlərin inkişafı üçün zülal istehsalını əhəmiyyətini bir çoxumuz bilirik. Ancaq bəzi hallarda, zülal alsaq belə, istədiyimiz inkişaf görə bilmirik. Bunun üçün yetərli miqdarda kalori (qaynadılmış yumurta, unlu qidalar, ağ pendir, şirniyyat və.s)
 qəbul etmək lazımdır.
Kifayət qədər kalori qəbul etmək bədəndə maddələr mübadiləsini artırır  və əzələləri inkişaf etdirir

 

2. Çoxlu karbohidrat qəbul edin:


Məşq zamanı kafi enerjini çıxara bilmək üçün,  karbohidrat (şəkər, pirojna, çörək və.s) qəbul etmək lazımdır. Karbohidratlar, bədənimizdə glycogen kimi saxlanılır. Beləcə, enerji istehsalına ehtiyac duyulduğunda, bədən zülal deyil, alternativ olaraq glycogeni istifadə edir.

3. Çoxlu protein qəbul edin :
Gələk ən sevilən mövzuya-PROTEİN! Bilirsiniz ki, əzələlərimiz zülallardan, zülallar da amin turşulardan ibarətdir. Yetərli miqdarda protein qəbul etdiyimiz təqdirdə, əzələləri kifayət qədər inkişaf etdirə bilərik. 

4. Çox su için:


Bədənimizin təxminən 70% -ni təşkil edən su, sağlam həyat üçün imtina edilməzdir. Əgər kifayət qədər su içmirisinizsə susuz qalan əzələləriniz hədəfləriniz istiqamətində kifayət qədər inkişaf etməyəcək. 

5. İstirahət edin: 

Məşq etdikdən sonra  sağlam və balanslı bir şəkildə qida qəbulunu reallaşdırdıq. Bundan sonra bədənimizə ancaq əzələ istehsalı və özünü toparlamaq  üçün istirahət etmək qalır. Əgər düzgün bir şəkildə istirahət etmirsinizsə, daha yaxşı nəticə ala bilməyəcəksiniz. Bu səbəbdən bədəninizə, istirahət etməsi üçün, lazımlı zaman ayırmağı unutmayın!