Fiziki formanı saxlamaq üçün məşq proqramı

Yayımlanıb: 22-11-2016

Sabit fiziki formanı saxlamaq üçün kompleksli məşq proqramı.

Bu məşq proqramı ilk öncə əzələ kütləsini artırmaq üçün yox, fiziki formanı saxlamaq istəyənlər üçün nəzərdə tutulub. Həmçinin proqram əzələ kütləsini itirmədən arıqlamaq istəyənlər üçün də mükəmməl vasitədir. Kompleksli məşq proqramı qısamüddətli məşq ərzində bütün əzələlərinin çalışmasına imkan yaradaraq, bədənin əzələ sisteminin tonusunu saxlamağı təmin edir. 

 

Bədənin bütün əzələləri üçün məşq hərəkətləri:

- ştanqla oturub-durmalar;

- uzanaraq ştanqla jim;

- ayaqüstə duraraq ştanqla jim;

- pres;

- ştanqın sinəyə qaldırılması;

- trenajorda ayaqların dartılması.

 

Məşq proqramının həyata keçirilməsi:

Bu proqram həftədə 2 dəfə yerinə yetirilir, hər məşq hərəkəti 2-3 isiənmə setlərindən və 4-5 işlənmə setlərindən ibarətdir. Hər setdə təkrarların sayı 6-9 qədər olmalıdır. Ağır məşq hərəkətlərində fasilə vaxtı 2 dəqiqə, asan hərəkətlərdə isə təxmini 30 saniyə olmalıdır. 

 

Məşqdən əvvəl və sonra isinmə:

Hər məşqdən əvvəl mütləq isinmə hərəkətləri (məsələn, kardioməşqlər) yerinə yetirin. 10 dəqiqə sizə tamamilə kifayət olacaq. 

 

Qidalanma:

Hər güc məşqi kimi, kompleksli məşq proqramı da enerji tələb edir. Bu proqramı yerinə yetirmək üçün sizə mütləq karbohidratların qəbulu tələb olunacaq. 

Məşqdən əvvəl 3 saaat yemək yeyin – fikir verin ki, təxmini 40 qram zülal və 100 qram karbohidrat qəbul edəsiniz, məşqdən dərhal sonra isə sizə yenə tez həzm olunan 

karbohidratlar lazım olacaq – təxmini 50 qram (məsələn, yarım litr şirə). Deməli, bu proqram yalnız bədənin fiziki formasını saxlamaq üçün nəzərdə tutulub və orta çəkilər ilə yerinə yetirilir.

 

GM Sport - Sağlam həyat tərzidir.