

İdman qidaları haqqında yanlış bildiklərimiz
Demək olar ki, idman və məşq dünyasında ən mübahisəli mövzulardan biri də idman qidalarını qəbul etmək olar və ya olmaz, onlar zərərlidirlər yoxsa faydalı?
Bu suala cavab tapmaq üçün, ilk öncə bilmək lazımdır ki, ümumiyyətlə idman qidaları nədir və nə üçün istifadə olunurlar. İdman qidaları fəal idmanla məşğul olan insanlar üçün nəzərdə tutulmuş qida əlavələridir. Nəzərə alsaq ki, məşq edəndə orqanizm ağır yüklərə məruz qalır, hansılar ki, insan bədəninin resurslarından kənara çıxırlar, idman qidalarının qəbulu orqanizmin qısa müddət ərzində bərpasını təmin edir və stressli yüklərdən olan zərərini azaldırlar. Bundan əlavə, idman qidaları məşqin nəticələrini daha effektiv etmək üçün də istifadə olunurlar. Ağır intensiv məşqlər çox enerji tələb edirlər. Xüsusi idman qidalarının qəbulu orqanizmdə enerji ehtiyyatlarını daha tez bərpa etməsinə imkan verir. İdman qidaların əsas funksiyalardan biri də əzələ kütləsində dərialtı piylərin yaranmasının qarşısını almaqdır.
İdman qidaları ümumillikdə 6 növə bölünürlər:
- Protein-karbohidrat qarışıqları - əzələ kütləsinin artmasını və məşqdən sonra enerjinin bərpasını təmin edirlər.
- Amin turşuları - əzələ üçün “tikinti materiallar”ıdır.
- Piyyandırıcı idman qidaları – yağların yandırılmasında kömək edirlər.
- Vitamin və mineral kompleksləri – orqanizmin ümümi tonusunu artırırlar.
- Qeynerlər – məşq zamanı gücünün və dözümlüyün artmasına cavab verirlər.
İlk öncə qeyd etmək lazımdır ki, idman qidaları kimyəvi məhsul deyil, onlar adi qida məhsullarından götürülən və insan orqanizmi üçün zəruri olan bəzi maddələrin əsasında hazırlanan təbii qida əlavələridir. Deməli, idmançılar üçün ixtisaslaşdırılmış qidalar kimyəvi zədə daşıya bilməz. İdman qidaları həzm və ifrazat sisteminə heç bir zərər gətirmirlər, orqanizm ilə tez həzm olunurlar. İdman qidaları təbii qida əlavələri olaraq ənənəvi məhsulları və qidaları əvəz etmirlər, orqanizmi çatışmayan mikro və makroelementlər ilə təmin edərək, sadəcə onları tamamlayırlar. Bəzi insanlar fikirləşirlər ki, əzələ kütləsini artırmaq üçün idman qidalarından imtina etmək və sadəcə ənənəvi qida məhsulları qəbul etmək kifayətdir. Amma belə yanaşmanın bir neçə çatışmazlıqları var. Birincisi, əzələ kütləsinin effektiv artımı üçün idmançı gərək gündə 4 kiloqrama yaxın ət yesin (çünki bunun üçün zülal tələb olunur), bu isə mədə üçün çox ağırdır. Əvəzinə bu çatışmazlığı doldura biləcək protein qarışığı qəbul etmək olar. İkincisi, zəruri olan maddələrlə yanaşı (protein), ənənəvi qida ilə orqanizmə həmçinin böyük miqdarda yağlar və karbohidratlar daxil olur. Nəticədə, onlar bel və bədənin digər hissələrində həll olunurlar.
Elə bir yayılmış fikir var ki, idman qidaları yalnız professional idmanla məşğul olan insanlara lazımdır. Əlbəttə ki, idman qidalarının istehlakçılarının əksəriyyəti məhz professional idmançılardır. Lakin idman qidalarının tərkibində olan faydalı və zəruri maddələr yalnız insanların bu kateqoriyası üçün nəzərdə tutulmur. Çoxları fikirləşirlər ki, yüksək nəticələrə idman qidalarını qəbul etmədən də nail olmaq olar. Əlbəttə olar. Lakin bu ikiqat çox güc və vaxt aparacaq. İdman qidaların qəbulu isə qoyduğunuz məqsədlərə daha tez nail olmağa imkan verəcək.
İdman qidalarının 3 əsas təyinatı:
- Artıq çəkilərdən və yağlardan azad olmaq (piyyandırıcı idman qidaları, diuretiklər)
- Əzələ kütləsinin artımı (proteinlər, aminturşuları, qeynerlər)
- Ümumi rifahın və sağlamlığın yaxşılaşdırılması (vitamin və mineral kompleksləri)
Bütün idman qidaların tərkibinə bioloji aktiv maddələr daxildir, hansılar ki, qida rasionunu zəruri mikro və makroelementlər ilə zənginləşdirirlər. Gördüyümüz kimi, idman qidalarının heç bir zərərli təsiri yoxdur. Əsas odur ki, onları qəbul etdikdə təyin olunmuş dozalara riayət edin və yalnız yoxlanılmış keyfiyyətli məhsulları alın.
GM Sport - Sağlam Həyat Tərzi!