İdman qidalarını necə seçmək lazımdır?

Yayımlanıb: 02-11-2016

Məşqə yeni başlayanlar üçün idman qidalarının ümumi baxışı.


     Güclü və sağlam bədən uğrunda mübarizədə biz saatlarla idman zalında məşq edirik. Lakin biz nə qədər çox məşq etsək, bir o qədər də əzələlərimiz yorulur. Onların bərpası üçün sağlam və balanslaşdırılmış qidalanma zəruridir. Burda isə sizə xüsusi idman qidaları köməyinizə çatacaq. Geniş yayılmış fikirlərə baxmayaraq, idman qidaları təkcə professional idman növləri ilə məşğul olan idmançılar üçün nəzərdə tutulmayıb. Əgər siz aktiv həyat tərzi sürürsünüzsə, öz sağlamlığınıza böyük diqqət yetirirsinizsə bunlar sizin üçün də faydalı ola bilər. 
Bu gün ayrı-ayrı şirkətlər sizə cürbəcür çeşiddə olan idman qidaları təqdim edirlər - proteinlər, piyyandırıcı, amin turşları, kreatinlər, qeynerlər, vitamin və minerallar və s. və belə suallar ortaya çıxır: 

 

Bəs idman qidanlarını necə seçmək lazımdır?

İdman qidası mənə faydalı olsun deyə düzgün seçimi necə etməliyəm?

 

     Birinci növbədə qeyd etmək lazımdır ki, sizin seçiminiz qoyduğunuz məqsədlərinizdən asılı olacaq.

  • Əgər siz bədəninizin çəkisini və ya enerji ehtiyatlarını artırmaq istəyirsinizsə onda siz qeynerlərdən istifadə etməlisiniz. Məhz qeyner çəkinin artması üçün ideal variantdır. Qeyd etmək lazımdır ki, qeynerlər arıq bədən forması olanlar üçün nəzərdə tutulub.
  • Əgər məqsədiniz əzələ kütləsini artırmaqdırsa onda köməyinizə proteinlər gələcək. Protein yüksək konsentrasiyaya malik olan zülal qarışıqları əsasında hazırlanan qida əlavəsidir. Həmçinin proteinlər yağların əriməsini və bədəni yaxşı fiziki formada saxlamağı təmin edir. Məhsul köklüyə meyilli olan adamlar üçün mükəmməl vasitədir. Proteinləri aldıqda aminturşuların tərkibinə diqqət verin - turşular nə qədər çoxdursa, bir o qədər faydalıdır.
  • Piyyandırıcı sizin bədən çəkinizi azaltmaqda əvəzolunmaz idman qidasıdır. İstənilən idman növü ilə məşğul olan insanlar üçün nəzərdə tutulmuş məhsul metabolik prosesləri sürətləndirir və iştahanı azaldır.
  • Orqanizmdə zülalın sintezini tezləşdirmək üçün anabolik preparatlardan istifadə etmək məsləhət görülür.
  • Məşqdən əvvəl və sonra üçün təqdim edilən idman qidaları sizə tam fiziki hazırlıqda olmağı, əzələ toxumalarının bərpasını, enerjini və aktivliyi artmağda yardımçı olacaqlar.
  • Orqanizmin ümumi sağlamlığını saxlamaq üçün vitamin və minerallardan yararlana bilərsiniz. Bu qida əlavələrinin qəbul olunması olduqca vacibdir. Onların çatışmamazlığı qarşınıza qoyulan məqsədlərinizə nail olmaq üçün maneə ola bilər.


     Məşqə yeni başlayanlar üçün idman qidaları onların gücünü, dözümlüyünü, əzələ kütləsini artmaqda kömək ola biləcək əvəzolunmaz qida əlavələridir.
     Və sonda qeyd edək ki, idman qidalarını seçdikdə, ilk öncə məhsullun keyfiyy
ətinə, tərkibinə diqqət yetirin, effektivliyi və təhlükəsizliyi sübut olunmuş qidalara üstünlük verin!