Metan təhlükəlidir!

Yayımlanıb: 28-11-2016

Metan (Metandroyemolon) təhlükəlidir!

Metandrostenolon (Dianabol Danabol, Metan) ən tanınmış steroidlərdən biridir. Oral steroiddir. Metandrostenolon (Dianabol Danabol, Metan), güclü anabolik  və orta səviyyəli androgenik tərkibi ilə güclü bir anabolik androgenik təsirli steroiddir. Androgenik kateqoriyada o qədər də güclü olmasada anabolik təsiri çox yüksəkdir. Bu steroiddən ən çox atletlər güc və əzələ kütlələrini artırmaq üçün istidadə edirlər.

 

Metandrostenolon (Dianabol Danabol, Metan) zərərləri nədir?

Bütün anabolik steroidlər kimi orqanizmdə təbii kişi cinsiyyət hormonu olan testesteronun sintezine mane olur, hətta uzun müddət qəbul etdikdə təbii testesteronun sintezini tam dayandırır. Testislərdə testesteron ifrazının zəifləməsi tədricən testislərin atrofiyasına səbəb ola bilər. Ginokamastiyaya səbəb olur, məmələrin böyüməsi baş verir. Buna səbəb testislərdə təbii testesteronun sintezinin dayanması səbəbindən, kişilərdə qadın cinsiyyət hormonunu artmasıdır. Bu zaman məmələrdə ağrılar yaranır. Metandrostenolon (Dianabol Danabol, Metan) bədəndə suyu saxlayaraq, böyrəklərdən sidiyin ifraz olunmasına mane olur. Nəticədə qan təzyiqi yaranır. Zərərli xolestrinin artması ürək – damar xəstəliklkərinə səbəb olur. Qaraciyər və böyrəklər üçün təhlükə yaradır.                                          

 

Müəllif: İFBB Bodibilder Elnur Şıxəliyev