A PHP Error was encountered

Severity: Notice

Message: Trying to access array offset on value of type bool

Filename: controllers/blog.php

Line Number: 10

Piy artırmadan əzələ kütləsini artırmağın 8 sirri | Gm Sport Piy artırmadan əzələ kütləsini artırmağın 8 sirri | Gm Sport

Piy artırmadan əzələ kütləsini artırmağın 8 sirri

Yayımlanıb: 01-11-2016

 

  1. İKİQAT ARTIRIN. Əgər çəkiniz artmırsa, bunun həlli çox sadədir – daha çox kalori qəbul edin. Bəs kalori qəbulunun ən asan yolu nədir? Bütün yemək rasionlarınızı ikiqat artırın. Məsələn, əgər axşam yeməyinə bir toyuq sinəsi yeyirsinizsə, bundan sonra bu porsiyanı iki edin.  Səhər qəlyanaltısında bir dilim çörək yeyirsiniz? Onu da ikiqat artırın. Ümumiyyətlə, kalori qəbulunu arırmaq üçün həmişəkinən ikiqat çox yeyin. Yəqin ki, bu yeməyi hazırlamaq çox da çətin olmaz.

 

  1. YEMƏK VAXTLARINA DİQQƏT EDİN. Günboyu fikrinizin yayınmasına imkan verməyin. Siz tez-tez yemək yeməli və yenə də yeməlisiniz – əgər bu kaloriləri doğrudan da almaq istəyirsinizsə, hər 2-3 saatdan bir yemək sizin üçün əla olacaq. Əgər yemək vaxtları yadınızdan çıxırsa, başınız qarışırsa, bunu planlaşdırın. Zəngli saat qurun və özünüzü yemək vaxtlarında xəbərdar edin. Xəbərdarlıq edən qol saatı alın. Nə lazımdırsa, edin, yemək vaxtlarını gecikdirməyin. Bu, səhər yeməklərinə da aiddir. Çəki artırmaq istəyirsinizsə, yuxudan oyandıqdan sonrakı 15 dəqiqə ərzində mütləq keyfiyyətli qidalar qəbul etməlisiniz.

 

  1. YEMƏK QABINIZI BÖYÜDÜN. Daha böyük rasionlar sifariş edin. Pəhriz kitablarında çəki azaltmaq üçün yemək qabını kiçiltmək nəzərdə tutulursa, siz əzələ çəkisini artırmaq üçün bunun tam əksini etməlisiniz. Qabı böyüdün və onu TAM doldurun. Effektini hiss edəcəksiniz. Həm də, 2 kiçik qabı təmizləməkdənsə, bir böyük qabı təmizləmək daha az zəhmət tələb edir. 

 

  1. MƏŞQDƏN SONRA QİDALANMANI AZALTMAYIN. Siz həm də məşqlərdən dərhal sonra yaxşı qidalandığınızdan əmin olmalısınız. Əgər bunu tam etmirsinizsə, məşqlərin effektini maksimum ala bilməzsiniz. Məşqdən dərhal sonra bədən elə bir vəziyyətdə olur ki, qəbul etdiyiniz hər bir kalori bir anda həzm edilir.  Buna görə də yüksək dozada karbohidrat və protein qəbul etmək məşqdən sonrakı bərpa prosesini tezləşdirir. Əgər gün ərzində yalnız bir dəfə yüksək kalori dozası qəbul etmək imkanınız varsa, bunu məşqdən dərhal sonra edin. Ola bilər ki, siz yalnız səhərlər məşq edirsiniz, amma bu o demək deyil ki, məqşdən sonrakı qidalanmanı məşqdən əvvəlki qidalanma ilə əvəz edə bilərsiniz. Xeyr, olmaz. Hamı kimi siz də məşqdən sonra mütləq yaxşıca qidalanmalısınız. Əgər səhər vaxtı çox yemək alınmırsa, o zaman təbii hazır proteinlərdən istifadə edin. Mütləq.

 

  1. BOL KALORİLİ QİDALAR SEÇİN. Əzələ kütləsini çox yükəsk kalori hesabına artırmaq isətəyən hər kəs hər yeməyində ən çox kalori verən qidalara üstünlük verməlidir. Əgər vaxtınızı və mədənizi yalnız böyük həcm verən, amma az kalorili yeməklərlə doldursanız, əzələ kütləsinizi böyütməyin başqa yollarını axtarmalı olacaqsınız. Yaxşı, bol kalorili qidalar - yerfındığı, yerfındığı yağı, yulaf, yağsız qırmızı ət, simit və quru meyvələrdir. Bu qidaları öz rasionunuza nə qədər çox daxil etsəniz, o qədər tez effect görəcəksiniz. Bunları yeməkdən çəkinin – bütöv şəkildə tərəvəzlər (onları souslara xırda dilimlənmiş formada əlavə edin), qızardılmış yulaf, pop korn və aşağı kalorili şorbalar. Bu qidaların həcmi olduqca böyükdür və sizin mədənizi çox tez köpdürəcək.                                                                                                                                                                                                                                                                                             
  2. KONTROL, KONTROL, KONTROL. Beləliklə, əgər siz öz artım pəhrizinizə aqressiv yanaşmaq və kalorilər qəbul edərək əzələ kütlənizi artırmaq istəyirsinizsə, siz həm də bütün bunları kontrol etməlisiniz. Siz gündəlik nə qədər kalori sərf etdiyinizi və nə qədər qəbul etdiyinizi bilməlisiniz.  Sərfiyyat qəbul dan azdırsa, sizdə kökəlmə gedə bilər. Əgər kökəlmə getdiyini hiss edirsinizsə, gündəlik kalori qəbulunu 200 kalori və ya 10% miqdarında azaldın və kökəlməyiniz dayanacaq. Kontrol etməsəniz, nə qədər kalori qəbul etdiyinizi bilməyəcəksiniz və kökəlməyə başlasanız, kalori qəbulunu nə qədər azaltmalı olduğunuzu da bilməyəcəksiniz. Amma qəbulu tamamilə dayandırmaq və köhnə rejimə geri qayıtmaq olmaz, çünki bununla siz əzələ artımının qarşısını alırsınız. Ona görə də kontrol edin və nə qədər arıtrmalı və ya azaltmalı olduğunuzu dəqiq bilin. Çox dəqiq balans olmalıdır. Çox azaltsanız, əzələ artımı baş verməyəcək. Çox arıtrsanız, piy qatı yaranmağa başlayacaq. Optimal balansı tapanda hiss edəcəksiniz – bədəniniz böyüyəcək, amma eyni zamanda yağsız kütlə çoxalacaq.

 

  1. MƏŞQLƏRİNİZƏ KARDİO ƏLAVƏ EDİN. Və nəhayət, məşq proqramınıza bir az kardio da əlavə etməyiniz əla olacaq. Amma diqqətli olun, bir çoxlarının etdiyi səhvi etməyin – hər gün kardio edərək piylənmənin qarşısını almağa çalışmayın. Həddindən artıq kardio məşqlər əzələ bərpasını məhdudlaşdırır, ona görə də həddi qorumaq çox vacibdir. Kardio niyə vacibdir? Çünki bu proqram sizin iştahınızı artırmağa kömək edir, bərpa tempinizi yüksəldir (əgər həddindən artıq deyilsə) və metabolizmanı daha da sürətləndirir.

 

  1. HEÇ VAXT AC QARINA MƏŞQ ETMƏYİN! Neçə dəfə yuxudan oyanıb protein qarışığı içəndən sonra dərhal məşq zalına getmisiniz? Bəlkə də günortadan sonra biraz çox fasilə vermisiniz və qidalanma vaxtlarını keçirmisiniz, işdən sonra da ağır məqşlərə başlamısınız? Başa düşürük ki, bəzilərinizin yalnız səhərlər məşq etmək imkanı olur, amma bununla belə, hesab edirik ki, məşqdən əvvəl 3 dəfə yaxşı qidalanma idealdır. Ya da heç olmasa səhər məşqindən dərhal sonra günün ən bol yeməyini yeyin. Avtomobilinizdə yanacaq yarımçıq olduğu halda uzun bir səfərə çıxmaq necə nəticələnər sizcə? Ən yaxşı halda yolun ortasına qədər gedib sonra elə orda da qalacaqsınız. Belə olan halda orqanizminizin yanacağının yarımçıq olması niyə sizi narahat etmir? smiley