Protein Tozu Nədir?

Yayımlanıb: 07-08-2016

Protein Tozu Nədir?

 

İdman qidaları içərisində ən çox istifadə edilən “whey protein”, pendirin istehsalı zamanı südün altında qalan,alt südü deyilən sudan emal edilir.Bu suyun  təxmini 80 %-ni kazein (pendir proteini) və 20 %- ni pendir suyu təşkil edir. “Whey” protein “pendirin altı suyu”dur. Vey protein tozu istehsal edilərkən  pendirin alt südünün tərkibindən laktoz və yağlar çıxarılır.

 

Vey Protein Konsentrat

 

Pendirin alt suyunun ultrafiltrasiyasından sonra qarışıq halına gətirilmiş tozda 20 və 90%  arasında dəyişən protein ola bilər.

 

İzolə Vey Protein

 

Fərqli membranlı filtrasiya qurğularında istehsal olunan izole vey proteinin tərkibində 90%-ə qədər protein var.Çünkü istehsal zamanı laktoza və yağlar tam məhsuldan çıxarılır. Tərkibində Laktoza olmadığı üçün mədəni rahatsız etməz.

 

Vey Protein Hidrolizat

 

Pendirin altı suyunun protein tozu şəklinə  gətirilməsində istifadə olunan yeni bir istehsal növüdür.Bu protein tozunda olan  amin turşular orqanizm tərəfindən qısa zamanda həzm edilir.