Yalana son! Protein ziyan deyil!

Yayımlanıb: 06-02-2017

“Protein tozu zərərlimidir?”
Konkret bir cavab vermək lazımdırsa, protein tozunun bədən üzərində hər hansı bir əks təsiri yoxdur! Protein tozu sadəcə əzələniz üçün əzələnin əsas maddəsi olan proteini sizə verən qida əlavəsidir, yəni heç bir kimyəvi dərman və ya sintetik maddə deyildir! Siz proteini istifadə etdikdə super güclü olmayacaqsınız, performansınız zirvəyə çıxmayacaq, və ya  əzələləriniz dayanmadan artmağa başlamayacaq. Sadəcə əzələnin yaradılması üçün lazım olan maddələri əldə edəcəksiniz və geridə qalan hər şey isə sizin qidalanmağınızdan və məşqinizin keyfiyyətindən asılıdır. 

Araşdırmalara görə Whey Proteinlər bədəndəki xərçəng hüceyrələrinə qarşı yaxşı təsir etdiyini göstərir. Hətta mədə əməliyyatı olanlar və ya qidalanması yaxşı olmayan yaşlı insanlara belə həkimlər tərəfindən protein tozu məsləhət görülür. 

Təbii ki, sadəcə 100% keyfiyyətli və sertifikatlaşdırılmış protein tozlarını istifadə etməyi məsləhət görürük. Dünyada tanınmayan, satıldığı yerlərdə sertifikatı olmayan məhsulları araşdırmadan almaq çox yalnışdır. 
Proetindən yaxşı nəticə əldə etmək üçün gün ərzində mütləq yaxşı bir qidalanma proqramına sahib olmalısınız. Bunun üçün gmsport.az saytında məşq proqramları bölməsinə baxa bilərsiniz. Yaxşı qidalanmayıb protein tozundan istifadə etmək sizə heç bir nəticə verməyəcək.

Həmçinin daha spesifik məqsədlər üçün istifadə edilən Amino, Bcaa, Creatine, Glutamine, Carnitine və digər bütün qida əlavələri, proteinin tərkibindən hazırlanan aminoturşulardır, yəni onlar da bir protein mənbəyidir. 
 

Digər bir məsələ isə "Protein tozu süni əzələ yaradır" ifadəsidir.  Protein tozu süni əzələ yaratmır və insan bədənində süni əzələ deyilən bir şey yoxdur. Protein tozu dəstəyi ilə məşq nəticəsində əldə etdiyiniz əzələ 100% olaraq bədəninizin yaratdığı təbii əzələdir.

Protein tozu sadəcə qaraciyəri tam işləməyən və böyrəklərində böyük problem olan insanlara məsləhət görülmür. Bunun səbəbi isə xəstəlikli olan orqanlara əlavə yüklənmənin olmasıdır.


GM Sport - Sağlam həyat tərzi!