

Proteinin faydaları haqqında nə bilirik?
Çox protein qəbul etmək faydalıdır!
Proteinin zərərləri hər zaman ən çox müzakirə edilən mövzulardan biri olmuşdur. Bəziləri çox protein qəbulunun sümüklərdə zəifləməyə gətirib çıxardığını və böyrəyə çox zərərli olduğunu demişdir. Lakin bu qədər iddianın yanında bunları sübut edəcək hər hansı bir araşdırma yoxdur.
Proteinin faydalarına nəzər salaq:
Proteinlər bədənimizdəki ən əhəmiyyətli quruluş vahidlərindən biridir. Yaşayan hər canlı hüceyrəmiz proteinləri sıx olaraq istifadə edir. Mütəxəssislər kişilərin gündə 56 qram, qadınların isə 46 qram protein qəbul etməsini tövsiyyə edirlər. Təbii ki, bu nisbətlər kilo, boy, yaşa görə dəyişir. Yuxarıda ifadə nisbətlərində qəbul edilən proteinin, bədənə əzələ olaraq geri dönməsini istəyiriksə bədən əzələlərimizi aktiv etmək və həftədə müəyyən proqram daxilində işləmək lazımdır.
“Protein istifadəsi böyrəklərə zərərlidir” YALANI:
Böyrək, özünü yeniləyəbilən və bədəndəki çox olan maddələri çölə atmağımıza köməkçi olan bir orqandır. Bəziləri böyrəklərin, bədəndəki proteini atması üçün çox çalışıb yorulduğunu düşünür. Bizim də bu tezisə tək cavabımız: Böyrəklər hər zaman çox çalışan və dayanmaması lazım olan orqanlardır. Onların vəzifəsi budur! Bu günə qədər edilən araşdırmalarda proteinin böyrəklərə zərəri barədə hər hansı bir dəlil tapılmamışdır. Çox protein qəbulu ancaq və ancaq diabet və hipertoniya xəstələrinin böyrəklərində yorulma yarada bilər. Sağlam insanlarda çox protein qəbulu heç bir halda problem yaratmır.
Bunu qeyd etmək istəyirik ki, proteini çox qəbul etmənin bir çox faydası vardır: Protein əzələ kütləsi artırmağımıza köməklik edir. Eyni zamanda pəhriz zamanında əzələ kütləsinin azalmasına mane olur.
Bir çox araşdırmaya görə, ət yemək bizə olduqca çox enerji verir. Bu, digər makro qidalardan daha çoxdur. Toxluq: Protein qəbulu eyni zamanda bizə toxluq hissi verir. Qəbul etdiyimiz kalorinin aşağı olması isə artıq çəki almağımıza mane olur.