

Qeyner haqqında bilmək istədikləriniz
Heç kim üçün sirr deyil ki, bodibildinqin əsası keyfiyyətli əzələ kütləsinin yığımı və artmağı təşkil edir. Əzələ kütləsi həm professional idmançılar, həm də həvəskar idmançılar üçün vacib və əhəmiyyətli göstəricidir. Lakin hərəsinin özünə görə bu göstərəciləri dəyişilir. Əgər orta statistik həvəskarın çəkisi 90-95 kq-dırsa, bəzi professional idmançılar isə mövsum arası 130-150 kq çəkidə ola bilərlər.
Qeyner əzələ kütləsini artırmaq istəyənlər üçün nəzərdə tutulmuş əsas qida əlavəsidir. Qeynerin əsas komponentləri karbohidratlar və zülallardır, lakin çox vaxt idman qidalarının istehsalçıları qeynerin təkibinə vitaminləri, mineralları, mikroelementləri və digər əzələ kütləsini artırmağa kömək edən maddələri əlavə edirlər. Qlükoza formasında olan karbohidratlar, əzələ hüceyrələrinin, beyinin və orqanizmin digər sistemlərin işlənməsi üçün əsas enerji mənbəyidirlər. Qaraciyər və əzələ hücüyrələrində qlikogen formasında ehtiyatda qalan qlükoza zəruri hallarda qana keçir və əsas enerji mübadiləsində iştirak edir. Lakin qlikogenin ehtiyatları azalanda, enerji öz məqsədləri üçün yağlı turşuları və amin turşuları istifadə edə bilər. Enerji tələbatı üçün dağılan zülallar idmançılar üçün əsl maneədir. Baxın, əgər orqanizm amin turşuları enerji mənbəyi kimi istifadə etməyə məcburdursa, onda əzələlər, təbii olaraq, onları öz gücünü və kütləsini artırmaq üçün istifadə edə bilmirlər. Nəticə olaraq isə, məşqlərin keyfiyyətinin azalması olacaq. Belə hallarda qidalanmada nəinki zülalları, həmçinin əzələlərdə protein ehtiyatlarının problemi daha yaxşı həlli üçün karbohidratları da əlavə etmək lazımdır.
Hansı qeynerləri seçmək lazımdır?
İdman qidalanma bazarları bu gün çoxlu sayda və çeşiddə oana qeynerləri təklif edirlər. Lakin bir çox məşqlə məşğul olan insanlar keyfiyyətli və faydalı qeynerin seçmə meyarlarından xəbərsizdilər. Keyfiyyətli qeyner bu meyarlara malik olmalıdır:
- bir porsiya tərkibində çoxlu miqdarda kalorilər olmalıdır;
- tərkibinə yüksək keyfiyyətli (gec həzm olunan) karbohidrahlar daxil olmalıdır;
- vitaminlər, mikroelementlər, amin turşuları ilə zəngin olmalıdır.
Qeyneri necə qəbul etmək lazımdır?
Professional bodibilderlər əzələ kütləsini atrmağa çalışdıqca bəzən qeyneri tövsiyə olunan dozalardan artıq qəbul edirlər. Həvəskar idmançılar heç bir halda bunu etməməlidirlər, çünki təcrübəli idmançılarda maddələr mübadiləsi daha yüksəkdir, nəinki həvəskarlarda. Ona görə müəyyən edilmiş dozalara riayət edin.
Qeynerin klassik qəbul etmə qaydası – məşqdən sonra ilk 40 dəqiqə ərzində qəbulu. Əgər məşqdən 1.5-2 saat əvvəl yeməyə imkanınız olmayıb, o zaman da 30-60 dəqiqə məşqdən əvvəl qeyneri qəbul edə bilərsiniz. Qeynerin qeyri-məşq günlərində qəbul edilməsi o idmançılara tövsiyə oluna bilər, hansılar ki, əzələ kütləsini gec və çətinliklə yığırlar.
Deməli, qeyner qəbulunun əsas məqsədlərini sistemləşdiririk:
- məşqdən əvvəl karbohidratların və amin turşuların ehtiyatları – onun maksimal effektliyi üçün;
- məşqdən sonra zülalların və karbohidratların defisitini aradan qaldırılması – əzələ kütləsinin maksimal artımı üçün əsasdır;
- rasionun ümumi kalori miqdarının artması;
- gün ərzində qida qəbulun ümumi sayının artması. Müəyyən səbəblərə görə əsas qida qəbulu etməyəndə, onu qeyner ilə əvəz edə bilərsiniz.
Başqa idman qidaları ilə birləşməsi:
Qeyner kreatin ilə mükəmməl uyğunlaşır. Onun tərkibində olan zülallar və karbohidratlar kreatinin daha tez və yaxşı həzm olunmasını təmin edirlər. Onları qarışdırıb, bir yerdə içmək olar. Bundan əlavə, bodibildinqi maksimal dərəcədə səmərəli etmək üçün, proteinin, məşq əvvəli və vitamin-mineral kompleksləri qəbulu arzuolunandır. Qeyneri heç vaxt arıqlamaq istəyəndə və relyef üçün çalışanda qəbul etməyin. Çox vaxtı soruşurlar, qeyner nə dərəcədə zərəredici təsirə malikdir? Suala cavab vermək üçün, bilməlisiniz ki, bu qida əlavəsi təbii komponentlərdən hazırlanır və buna görə adi məhsullardan fərqlənmir - qeyneri istədiyi yaşda həm kişilər, həm də qadınlar qəbul edə bilərlər. Əsas odur ki, müəyyən edilmiş dozalara riayət edin və yaddan çıxartmayın ki, sağlam bədən- sağlam ruh deməkdir!
GM Sport - Sağlam Həyat Tərzidir!