Qlutamini necə qəbul etmək lazımdır?

Yayımlanıb: 06-12-2016

Əzələlərdə olan aminturşularının 60%-nı qlutamin təşkil edir və onun əksəriyyətini orqanizm özü istehsal edir. Qlutamin orqanzimdə fərqli funksiyaları yerinə yetirir və onu qida əlavəsi kimi qəbul etmək olduqca faydalıdır. Dünyada çoxlu miqdarda qlutamin turşusu istehsal olunur – ildə təxmini 3 milyon ton. Bu aminturşu, təmiz şəkildə istənilən aptekdə və idman qidalanma mağazalarında satılır. Qida əlavəsi olaraq bir çox proteinlərə əlavə olunur. Qlutamin turşusuna olan tələbat yüksəkdir, çünki ucuz və çox faydalı məhsuldur.

 

Qlutamin necə təsir göstərir?

İlk öncə, qlutamin digər aminturşuların sintezi ilə məşğul olur. Əzələlərdə aminturşuların yarısı məhz qlutamindən istehsal olunurlar. Deməli, əzələ toxuması qlutamindən sintez olunmuş aminturşuları ilə qidalanır. Buradan isəbu  nəticəyə gəlirik ki, orqanizmin nə qədər çox qlutamin ehtiyatları var, bir o qədər tez məşqdən sonra idamançının əzələləri bərpa olunur. Buna müvafiq isə, bütün bədənin bərpası əzələlərin bərpasının keyfiyyəti ilə müəyyən olunur. Qlutamin aminturşuları və DNA əsasları sintezində iştirak edən fermentlərə azot atomlarının çatdırılması üçün məsulliyət daşıyır. Bu isə immunitetin sağlamlığı və əzələlərin artımı üçün vacib prosesdir. Əzələlərə qlutaminin çatdırılması, hüceyrələrin azota artan tələbatı ilə əlaqədardır. İdmançılar üçün azot çox zəruridir, onun daimi təchizatı və müsbət balansın saxlanılması əzələ kütləsinin artımı və bərpası üçün anabolik şəraitləri yaradır. Əzələlərə çatdırılan azotun 35%-ni qlutamin təmin edir. Qlutamin spirtli içkilərə meyli azalda bilir. Qlutaminin əlavəsi artım hormonunun məzmunu artırır: məhsulun cəmi 2 qramı bu hormonun məzmununu 400%-ə qədər artırır, artım hormonu isə orqanizmdə yağların metabolizm prosesini və əzələ kütləsinin artımını gücləndirir. Əzələ hücüyrələrinə zəhərli olan ammiyakı neytrallaşdıran maddə kimi də qlutaminin faydası böyükdür. Bütün aminturşuların bir azot atomu var, qlutamində isə - iki. Və məhz buna görə orqanizmadan ammiyakı çıxartmaq imkanına malikdir. Gördüyümüz kimi, orqanizmdə qlutaminin yüksək səviyyəsini saxlamaq olduqca vacibdir.

 

Qlutaminə tələbat.

Hər bir məşqdə olan metabollik stress altında orqanizmin qlutaminə olan tələbatı artır, çünki o zülalların dağılmasının qarşısını ala bilir. Deməli, qlutaminin bədənə olan təsir haqqında məlumatları ümummiləşdirərək, bunları qeyd etmək olar:

- katabolik proseslərin qarşısının alınması;

- immun sisteminin möhkəmləndirilməsi;

- orqanizmdə qlutamin ehtiyatlarının artırması;

- artım hormonunun istehsalının çoxalması;

- bədəndə turşu-qələvi balansının saxlanılması.

 

Məşq zamanı nə baş verir?

İntensiv məşqlər orqanizmada qlutamin ehtiyyatlarının azalmasına gətirir. Bunun səbəbləri isə aşağdakılardır:

- Fiziki yüklərin təsiri altında orqanizmdə karbohidratlara tələbat yüksəlir, bu isə o deməkdir ki, qanda qlütaminin və insulinin səviyyəsi azalır. Sonra qlükoneogenez prosesi baş verir, hansıki fəqrli orqanik birləşməlirinin molekularından qlükoza əmələ gəlir. Qaraciyərdə olan qlutamin isə karbohidrata çevrilir.

- Məhz bu turşu məşq zamanı əzələlərdə yanma hissini yaradır. Daha sonra qanda pH azalır, buna isə böyrəklər tez reaksiya verirlər, və pH səviyyəsini artırmaq üçün qlutamini istifadə edirlər.

- İmmun sistemi hər məşq zamanı ağır yüklərə məruz qalır, və bu sistemin saxlanması üçün qlutamin tələb olunur. Qlutamin turşusu ilə zəngin olmuş məhsullar: mal və qoyun əti, kəsmik, yumurta, pendir, toyuq və qaz əti, qarğıdalı, yaşıl bibər, noxud, yerkökü, ispanaq, çuğundur, çovdar və buğda çörəyi və s.

 

Qlutaminin düzgün qəbul elədilməsi.

Adi qida qəbulu - gündə iki dəfə məhsulun 10 qramı və ya 2 çay qaşığı su ilə qarışdırıb səhər yeməyindən əvvəl və axşam yuxudan öncə içmək. Əgər günorta vaxtı məşqiniz varsa, o zaman məşqdən əvvəl və sonra da qəbul edin. Deməli, qlutamini tam qida rasionun faydalı əlavəsi kimi qəbul etmək olar.

 

GM Sport  - Sağlam həyat tərzidir!