Sinə məşqi üçün ən yaxşı 5 hərəkət

Yayımlanıb: 06-12-2016

Sinə məşqi üçün trenajorlarda ən yaxşı 5 məşq hərəkəti.

Sizə sinə əzələləri üçün 5 ən effektiv, fərqli trenajorları istifadə edərək məşq hərəkətləri təqdim edirik.

Yadınızda saxlayın ki, sinəni həftədə bir dəfədən çox məşq etdirməyin. Bu halda əzələləriniz kifayət qədər yükü alacaqlar və növbəti məşqə qədər tam bərpa olunacaqlar.

 

1. “Smit” trenajorunda uzanaraq ştanqla jim:

Smit trenajoru sabitləşdirici əzələləri yüklərdən azad edir və buna görə sinə əzələləri maksimal dərəcədə effektiv yükləməyə imkan verir. Bu məşqdə trenajor sizə hərəkət traektoriyasını verir və sinə əzələlərini təcrid edir.

 

 

2. Trenajorda oturaraq jim:

Bu məşq hərəkəti uzanaraq jimi stimullaşdırır və birincidən fərqli olaraq trenajorda oturaraq yerinə yetirilir.

 

 

3. “Kəpənək” trenajorunda əllərin birləşməsi:

Bu məşq hərəkəti sinənizi relyef və yaxşı dartılma ilə təmin edəcək bu isə, öz növbəsində qan dövranını yaxşılaşdıracaq. Bu hərəkəti yerinə yetirərkən vacibdir ki, əllərinizi əks tərəfə birləşdirərək əzələlərinizi rahatlandırmayın. Bu halda sizin sinə əzələləriniz daima gərginlik halında olacaqlar bu isə, şühəsiz nəticələrinizi yaxşılaşdıracaq.

 

 

4. Duraraq yuxarı blokda əllərin birləşməsi:

Bu məşq hərəki öz prinsipinə görə əvvəlkinə oxşayır, amma ondan fərqli olaraq, blok trenajorunda daha çox sabitləşdirici əzələlər çalışdırılır və buna görə güc xüsusiyyətləri və ümumi dözümlük daha yaxşı inkişaf olunurlar.

 

 

5. Aşağı blokda əllərin birləşməsi:

Bu məşq hərəkəti əsas məşqlərdən sonra sinə əzələlərini təcrid etmək üçün istifadə olunur.

 

 

 

GM Sport - Sağlam həyat tərzidir!