Universal vitamin B complex - vacib vitamin kompleksidir, hansındaki üstünlük B vitamin qrupuna verilib. Bu vitaminləri orqanizmə daxil olmasını təmin etmək vacibdir, çünki onlar orqanizmdə tədarük olaraq yığılmırlar. Bundan əlavə hətta siz onları yeməklə birlikdə qəbul edirsinizsə onlar yeməklə hazırlanma vaxtı tam və ya bir hissəsi vitaminlərin dağılmasına gətirib çıxarır. Vitamin B complex sizin rahat şəkildə bu vacib vitaminləri qəbul etmək üçün köməkçiniz olacaq.
Universal vitamin B complex-inə daxildir: para-aminobenzoy turşusu, xolin, B qrupu vitaminləri suda həll olunan və hüceyrələrin metabolizmində mühüm əhəmiyyətə malik olan vitaminlərdir.
Vitamin В1 (tiamin), sinir sisteminin funksiyalarında iştirak edir.
Vitamin В2 (riboflavin),dəri və görmə sistemı üçün çox vacibdir.
Vitamin В3 (niasin) yağların və karbohidratların enerjiyə çevrilməsi üçün lazımdır. O eyni zamanda dəri,sinir və həzm sistemini sağlam vəziyyətdə saxlamağa kömək edir. Bütün digər vitamin qruplarından fərqli olaraq niasin yüksək temperaturlara qarşı çox davamlıdır.
Vitamin B5 zülalların, yağların və karbohidratların metabolizmi üçün lazımdır. O, həmçinin hormonların və eritrositlərin istehsalında iştirak edir.
Vitamin В6 (piridoksin) protein və karbohidratların metabolizmi prosesində və eritrositlərin yaranmasında iştirak edir.O, beyində gedən proseslərə və beyin inkişafına təsir edir, həmçinin immun sistemini gücləndirir.
Vitamin B7 (biotin) enerji və amin turşuları metabolizmi,yağların və qlikogenin sintezi üçün lazımdır.
Vitamini В9 (fol turşusu) eritrositlərin yaranması üçün lazımdır, hansılar ki, oksigeni qanla ötürürlər. O, sinir sisteminın inkişafı prosesində, DNT sintezində və hüceyrələrin artımında iştirak edir.
Vitamini В12 əqli qabiliyyətə təsir edir, eritrositlərin yaranmasında iştirak edir, həmçinin bəzi yağ turşularını və amin turşularını enerji istehsal etmək üçün sərf edir.
Vitamini В12 В9 vitaminlə ilə sıx bağlıdır: Onlar öz funksiyalarını lazımınca yerinə yetirmək üçün bir-biri ilə əlaqədə olmalıdırlar.
Para-aminobenzo turşusu (В10 vitamini) bağırsaq florasını fəallaşdırır. Bundan başqa, o, zülalların eritrositlərin istehsalı, mənimsənilməsi prosesində iştirak edir, həmçinin dərini sağlam saxlamağa kömək edir.
Xolin yaddaşı yaxşılaşdırır, sinir sisteminin fəaliyyəti üçün mühüm bir vasitədir . Bundan başqa, o, karbohidratların mübadiləsi üçün təsir göstərir, insulinin səviyyəsini tənzimləyir.
Dad: dadsız
Qablaşma: 100 tablet
Istifadə qaydası:1 tablet yeməkdən sonra bol su ilə qəbul edilir.