Dadlı desert

Posted: 11-06-2017

Bananlı-kəsmikli desert

Pəhriz zamanı olduğu kimi şirin desert yemek adam bu qədər istəmir. Amma düzgün qidalanma rejimində olanda bu qədər əzab çəkməyə ehtiyac yoxdur. Axı çox dadlı və eyni zamanda faydalı, sizin bədənə zərər verməyəcək və razı salacaq desertlər var. Bananla kəsmikli desert sizin üçün azkalorili, ləzzətli səhər yeməyi və ya qəlyanaltı olacaq
 

İNQREDİYENTLƏR:


 Yağsızlaşdırılmış kəsmik - 300q
 Banan - 2 ədəd
 Kakao - 1 xorək qaşığı
 Bəzək üçün - qoz-fındıq zövqə görə
 
 HAZIRLANMASI:


 Şokolad təbəqəsi üçün: Kəsmiyi ½ hissəsin, banan və kakaonu blenderdə qarışdırmaq.  Ağ təbəqəsi üçün: Kəsmiyin ½ hissəsin  və bananı blenderdə qarışdırmaq. Bu təbəqə daha qalın alınmalıdır. Qaba ağ təbəqəni qaşıqla ehtiyatla qoyuruq. Sonra isə  şokoladlını. 3-4 təbəqə düzəldirik. Mərkəzə qoz-fındıq qoyaraq bəzəmək olar.
 
 Nuş olsun!