Diyetik qidalanmanın fəsadları

Posted: 04-07-2017

Nəyə görə artıq piylərinizi əridmək istəyirsiz?  Daha yüngül  çəki kateqoriyasına keçmək üçün? Bodibildinq üzrə yarışa hazırlaşmaq üçün? İdman nəticələrinizi yaxşılaşdırmaq üçün? Daha gözəl görünmək üçün? Bütün bu məqsədlər gözəldir.  Və bu məqsədlərə çatmaq üçün bir çox üsullar var. Bu üsullardan ən populyar və ən az təzlükəsiz olanlar – crash-diyeta və dəbdə olan monokomponentli diyetalardır.

Crash-diyeta rasionda kalori qəbulunun  kəskin şəkildə azaldılmasını nəzərdə tutur, təxminən 800 kaloriyə qədər və daha az. Nəticələr adətən  radikal olur

  • Yağlarla birlikdə bədəndən su və əzələ kütləsi itirilir. Əgər 20 gün ərzində siz 9 kg itirmisinizsə, bunun 2,5-4,5 kg sudur, qalan hissəsi isə əzələ və yağlardır. Siz qısa müddət ərzində çox çəki itirirsiz, ancaq heçnə qazanmırsız.
  • Oksigen qəbulu və istifadə imkanlarını kəskin şəkildə azalacaq.   Əzələ hüceyrələriniz oksigeni daha az qəbul  edəcəklər, buda yağların əridilməsinə və enerji kimi istifadəsində maneə yaradacaq.
  • Güc göstəriciləri azalacaq. Bu ən böyük mənfi cəhətdir, əgər sizə güc və dözümlülük lazımdırsa və məşqdən sonra özünüzü yorulmuş hiss etmək istəmirsizsə.
  • Maddələr mübadiləsi  pozulacaq.  Crash-diyetalar metabolik prosesləri kəskin şəkildə zəiflədir.

Qısa desək crash-diyetalardan istifadə edən insanların 95-99% 1 il ərzində eyni çəkkiyə və daha artıq çəki səviyyəsinə qayıdırlar.

Monokomponentli diyetalar -  qida qəbulu planları hansılar ki bir qida məhsullarından tamam rasiondan çıxardıb və başqa qıda məhsullarına isə üstünlük verirlər.  Belə diyetalar heçdə crash diyetalardan yaxşı deyil.  Əsas problem ondadır ki bu halda qida qəbulunda balans itir, və orqanizmdə bir neçə vacib nutriyentlərin çatışmamazlıqı yaranır. 11 populyar diyet  növlərinin analizi  təsdiqlədi ki bu diyetalarda bir neçə vacib nutriyentlər çatışmır, B qrup vitaminləri, kalsium, dəmir, sinq və s. 

Nümunə kimi ən geniş  yayılan, əsasəndə ağırlıq qaldıran idmançılar arasında,  zülal diyetaların götürək.  Və bu diyetaların populyar olduğuna təəcüblənmək lazım deyil, çünki həqiqətən zülal diyetası zamanı kifayət qədər effektiv olur. Ancaq diyeta bitdikdən sonra hər şey olduğu  yerə qayıdır.  Bununda səbəbi odur ki zülal üzərində qurulan diyetaların çox hissəsi  bədəndən suyu demək olar ki sovurur.  Buda öz növbəsində yorğunluq, enerjinin və konsentrasiyanın azalmasına gətirib çıxarır.

Ona görə qida qəbulu balansdırılmış və individual qaydada seçilməlidir.  Eyni zamanda  sizə yağların əridilməsində və gözəl nəticələr verən xüsusi  məşq planları və qida strateqiyaları var, hansılar ki optimal  miqdarda zülal, karbohidrat, faydalı yağların qəbulu nəzərdə tuturlar. Ancaq başlamazdan əvvəl sizə  məqsədlərinizi dəqiq müəyyənləşdirmək lazımdır. Bu haqda növbəti məqaləmizdə danışarıq.

əyyənləşdirmək lazımdır. Bu haqda növbəti məqaləmizdə danışarıq.