Su və bodibildinq

Posted: 25-06-2017

Bodibildinqdə suyun əhəmiyyəti

Su aşağıda göstərilən funksiyaları öz üzərinə götürür:

  • Bütün orqanların iş qabiliyyətini yüksək səviyyədə saxlamaq
  • Termorequlyasiya
  • Yağların yandırılması
  • Zehni iş
  • Əzələlərin fəallığı və gücü
  • Oynaqların yağlanması

Bodibildinqdə suyun praktiki istifadəsi: qəbul etmə qaydaları, miqdarı və s.

Biz çox yaxşı bilirik ki bodibilderin qida rasionu adi insan rasionundan fərqlənir. Belə ki bodibilder rasionunun kalori sayı bir sutkada 4000 kkal civarında olur, adi insanda isə 2500 kkal civarındadır. Ona görə də qidanı effektiv həzm etmək üçün daha çox su qəbul etmək lazımdır (çəkidən asılı olaraq gün ərzində 3-4 litr )

Qeyd: cəmi 34% insan öz bədən quruluşuna görə  tövsiyə olunan su normasını qəbul edir

İdmançı orqanizmində  çox miqdarda  zülal qəbul etməsinə görə proteyin parçalanma məhsulları (amiak, keton və s.) yığılır və onları bol su ilə orqanizmnən yumaq lazımdır

 

Qida əlavələri istifadəsi:

 

Sir deyilki bodibilderlər qida əlavələrindən kifayət qədər istifadə edir, çünki bu əzlə kütləsinin artımının və tez bərpanın əsas faktorlarından biridir. Qida əlavələri su ilə birlikdə qəbul edilir və məsələn kreatin kimi qida əlavəsi (hansı ki məşqlərin intensivliyini artırır) çoxlu miqdarda su ilə içmək tələb edir.

Su suyu çıxardır

 

Bu qəribə səslənsədə ancaq idmançının mütəmadi su çatışmamazlığı zamanı orqanizm suyu bütün orqanlardan çəkib yağ qatlarında saxlamağa başlayır, buna görədə çox yaxşı kökəlmək olar.  Ancaq çox miqdarda su içdiyiniz zaman artıq su bədəndə qalmır və orqanizmdən tez çıxarılır.

 

Beləliklə keçək su qəbulu qaydaları və miqdarlarına.

 

İnsan adətən ancaq su içmək istədikdə su yadına düşür. Və bir gün az su qəbul edildikdə sonra sabahsı gün orqanizm su ehtiyyatlarını doldurmaqda əziyyət çəkir və növbəti günün gücün itiririk. Buda idmançlar üçün daha da vacibdir çünki idmançılar həftədə 3 və hətta 6 dəfə məşq edirlər.

Adi insan həfədə ərzində 3 dəfə məşq edir və gününü məşqdən qabaq sonra və məşq zamanı hissələrinə bölmək olar.

 

Su məşqdən öncə

1,5-2 saat əvvəl trenajer zalına getmədən öncə 2 stakan (200ml) təmiz su  və 1 stakan 30-40 dəqiqə məşqə başlamadan öncə. İsti və soyuq havadan aslı olaraq su qəbulu miqdarı 3-4 stakana qədər artır,

Qeyd.:

Çəkinizə uyğun su qəbul etmə miqdarını saymaq üçün çox sadə formuladanda istifadə edə bilərsiz: 1kg çəki x30 ml su. Məsələn: 80 kq x 30 ml = 2,4 litr

Su məşq zamanı

Orta hesabla götürsək məşq zamanı 200-300 ml su hər 10-15 dəqiqədən bir , 1 saat məşq vaxtı ərzində 600-900 ml. Su qəbul etmək lazımdı. Qızlar üçün bu miqdar 500-700 ml olacaq.

Qeyd.

Bu miqdar yeni başlayanalar və yüksək ağırlıqlar istifadə etməyənlərə aiddir. Əgər siz artıq peşəkarsınızsa və ağır çəkilərlə işləyirsinizsə o halda 1,5-2 ml qədər su qəbulunu çatdırmalısınız.

Razıyam ki bu rəqəmlər sizə həddindən artıq çox görünə bilər, ancaq siz yavaş-yavaş başlaya bilərsiz, və hər dəfə 100-200 ml çoxalda bilərsiz

Su məşqdən sonra

 

Məşqdən sonra 1,5-2 saat ərzində siz təxminən 500-800 ml su qəbul etməlisiz.

 

 

Beləliklə su qəbulu qaydalarında əsas sadə məsləhətləri qeyd edək:

 

  • Az yemək olar ancaq suzuz qalmaq olmaz
  • Gün ərzində bu su qəbulu qaydalarına riayət edin: ac qarına 2 stəkan, və yeməkdən 30 dəq qabaq 1 stəkan. Məşq günləri məqdən öncə, sonra və məşq zamanı su qəbulu qaydalarını əlavə edin
  • Düşünmək lazım deyil ki həddindən artıq çox su xeyirdir, su su ilə birlikdə elektrolitlərin çox hissəsini yuyub aparır, böyrəklər çox işləyir, yemək daha sürətlə bağırsaqlardan keçir və yaxşı həzm olmur. Ona görə qədərini bilin, və su-duz balansınıza fikir verin.
  • Məşq zamanı itirdiyiniz çəkidən asılı olaraq su qəbul edə bilərsiz. Bu miqdarı müəyyən etmək üçün məşqdən öncə və sonra çəkinizi ölçün və məşq zamanı eksperiment üçün su qəbul etməyin. Təxminən hər itirdiyiniz kilo 750 ml su ekvivalenti kimi qəbul olunur.
  • Nəzərdə saxlamaq lazımdır ki qida məhsullarında kifayət qədər su var. Məsələn, salan 96% sudan ibarətdir, yumurta – 74%, süd – 87%, apelsin – 88%, mal əti – 60%,  Beləliklə, 2000 kalori bizi 500-800 qr su ilə təmin edir
  • Karbohidratla bol olan məhsulları öz tərkibində  həm çoxlu su  cəmləşdirir həmdə metabolizm zamanı suyu çıxardır.
  • Sidik rəngidə vacib indkatorlardan biri hesab olunur. Açıq rəng  - bədəndə su miqdarı  optimal olduğunu göstərir.
  • Arıqlamaq istəyirsinizsə soyuq su içə bilərsiz (5-10 dərəcə)
  • Filtrasiya olunmuş sudan istifadə etməyə çalışın