TESTOSTERON HORMONUNUN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

Posted: 13-11-2016

Steroid tipli bir hormon olan testesteron kişilərdə testislərdə, qadınlarda isə yumurtalıqlarda (leydinq hüceyrələrində) sintezlənir. Qadınlardan fərqli olaraq kişilərdə 20 qat artıq sintez olunur. Kişilərdə 230-1000 ng\dl, qadınlarda 23-80 ng\dl arasındadır.
Testosteron hormonu bədəndə əzələlərin inkişafı üçün ən əhəmiyyətli hormon sayılır. Bodibilderlər üçün testesteron ifrazatı əhəmiyyətlidir. Bu səbəbdən bodibildinq ,fitness həvəskarları əzələlərin tez inkişafı üçün testesteron enantat inyeksiyalarından istifadə edirlər. Bir çox steroidlərdən istifadə edən idmançılar və həvəskarlar kurs sonrası əzələ itkilərinin çox olmasından şikayət edirlər. Buna həm psixoloji həm də qida çatışmazlığı səbəb ola bilər. 
Siz Testosteron enantat kursunu kəsdikdən sonra bədəninizdə ki testosteron nisbəti aşağı düşür və nəticədə əzələ və güc itkisinə səbəb olur.
Çünki, siz kənardan testesteronu alarkən sizin bədəninizdə su və duzların miqdarı artır və nəticədə çəki artımına səbəb olur. Daxili testesteronunuzun isə miqdarının azalmasına səbəb olur. Kurs sonrası daxili testesteronunuzu bərpa etmək olduqca çətin olacaq. Məhz bu səbəbdən əzələ kütlənizi artırmaq üçün müxtəlif qida əlavələrindən istifadə etməyinizi məsləhət görürük. 


Əzələ kütlənizi artırmaq üçün ən yaxşı məhsullar bcaa, kreatin, qlutamin , protein və test busterlərdir

 

Testesteronun normadan aşağı olması: 

  • cinsi istəyin azalmasına;
  • yorğunluğa;
  • əzələ və güc itkisinə;
  • ereksiyanın pozulmasına; 
  • çəki artımına;
  • sümüklərin zəifləməsinə;
  • depresiyaya;
  • qan azlığına səbəb olur.

 

Testesteron Enantanın faydaları:

  • protein sintezini artırır;
  • müsbət azot balansını artırır;
  • qırmızı qan hüceyrələrini artırır;
  • Igf1 hormonunu artırır.

 

Bu gün dünya səhiyyəsində testesteron əsasən müalicəvi preparat kimi istifadə olunur. 

Hansı hallarda istifadəsi məsləhət görülür:

  • cinsi həvəsin olmaması;
  • qərarsızlıq:
  • müxtəlif xəstəliklər səbəbindən əzələ və güc itgisinin olması;
  • orqanizmdə sürətli yağ artımı; 
  • depresiya;
  • yuxusuzluq;
  • immun sistemin zəifləməsi;

 

Testesteron Enantatın zərərləri:

  • sonsuzluq;
  • cinsiyyət orqanının atrofiyası;
  • dərinizdə civzələr və irinli nahiyyələrin müşahidə olunması;
  • prostat böyüməsinə səbəb olaraq, sidik ifrazatina mane olması;
  • prostat xərcəngi yaranması ehtimalı;
  • ürək əzələlərinin böyüməsi və ürək çatışmazlığı;
  • qaraciyərdə yüklənmə səbəbindən catışmazlıq yaranmsaı;
  • saçların tökülməsi;
  • qadınlarda bədənlərində tüklənmə baş verməsi;
  • qadınların səslərində qalınlıq yaranması;
  • qadınlarda kişi cinsiyyət hormonunun miqdarının artması;
  • böyrək çatışmazlığına səbəb olması;
  • xolesterolun yüksəlməsinə səbəb olması və faydalı xolesterolun miqdarı azalması;

 

P.S. ETMƏMƏYİNİZ DAHA MƏSLƏHƏTLİDİR!

 

GM Sport - Sağlam Həyat Tərzidir!