

AMİNTURŞULAR NƏDİR VƏ NƏ ÜÇÜN LAZIMDIR?
"Aminturşuları - orqanizmin quruluşunun “atomları” adlandırırlar. Məcazi mənada aminturşular “tikinti materialı” hesab olunurlar, hansından ki, orqanizm, fizioloji fəaliyyətə malik olan xüsusi zülal toxumaları, peptid hormonları, fermentləri və digər birləşmələri sintezləşdirir. Bundan başqa, aminturşular zülalların yaranması üçün vacibdirlər, həmçinin neyromediatr funksiyasını da yerinə yetirirlər. Neyromediatr kimya maddəsi olaraq, sinir impulslarını bir sinir hüceyrəsindən digərinə ötürülməsini təmin edir. Nəticədə insan beyninin normal fəaliyyəti müəyyən aminturşuların mövcud olmasından aslıdır. Aminturşuların mövcud olması səbəbiylə bədəndə olan vitaminlər və minerallar da öz funksiyalarını adekvat şəkildə yerinə yetirirlər.
Aminturşuların əsas qrupları - əvəzolunan və əvəzolunmayan:
Elm dünyasına tanınmış olan aminturşuların sayı 20-dən çoxdur. Bitkilərin və bakteriyaların çoxu onların həyatı üçün zəruri olan, adi orqanik olmayan birləşmələrindən bütün aminturşuları sintez etməyi bacarırlar. İnsan və heyvan bədənində aminturşuların böyük əksəriyyəti orqanik məhsullardan və azotdan sintez olunur. Belə aminturşuları “əvəzolunan” adlandırılar. İnsan orqanizminə və onun həyat fəaliyyəti üçün zəruri olan bəzi aminturşular insan bədənində sintez olunmurlar. Belə aminturşuları isə "əvəzolunmayan” adlandırırlar. Bu cür aminturşular insan orqanizminə qida tərkibində daxil olmalıdırlar. Bədəndə zülallar dayanmadan sintez olunurlar, lakin hansısa bir əvəzolunmayan aminturşusunun olmayan hallarında sintez prosesi dayandırılır. Əgər bədəndə əvəzolunmayan aminturşular yoxdursa və ya onların miqdarı azdırsa, insanın artımı dayana, çəki isə azala bilər və maddələr mübadiləsində pozuntular yarana bilər. Tələb olunan əvəzolunmayan aminturşuların miqdarı insanın yaşından, cinsindən və digər hallardan aslıdır. Böyüklər gün ərzində təxmini hər əvəzolunmayan aminturşularından 1 qram qəbul etməlidirlər. Əvəzolunmayan aminturşular orqanizmə yemək tərkibində daxil olurlar və onların miqdarı yeyilmiş zülalların tərkibində onların nə qədər olmasından aslıdır. Bu parametrlər düzgün qidalanma prosesinin təşkilində və əhalinin müxtəlif yaş qrupları üçün optimal rasionu hazırlayanda nəzərə alınmalıdırlar. İnsan üçün vacib və yemeklərin tərkibində olan aminturşuları tamamilə aminturşular qarışıqları ilə əvəz oluna bilər, bu təcrübə tez-tez klinik qidalanma təşkilində tətbiq olunur. Yadınızda saxlamaq vacibdir ki, söhbət “əvəzolunan” və “əvəzolunmayan” aminturşulardan gedəndə, 20 növ aminturşuların hamısı bioloji əhəmiyyətə malikdirlər və insan həyatı üçün vacibdirlər.
Əvəzolunmayan aminturşular:
Gündəlik qidalanma ərzində qəbul etməyi zəruri olan aminturşular orqanizm ilə sintez olunmurlar:
- əzələ üçün zəruri olan izoleysin;
- yaraları tez sağaldan leysin;
- əzələləri gücləndirən valin;
- allergiyadan azad olmaq üçün qistidin;
- soyuqdəymədən qoruyan lizin;
- qaraciyər fəaliyyətini dəstəkləyən metionin;
- yaxşı əhval-ruhiyyəni təmin edən fenilalanin;
- əzələlərin bərpasını təmin edən treonin;
- depressiyaların və yuxusuzluğun qarşısını alan triptofan.
Şərti əvəzolunan aminturşular:
Bu cür aminturşuları orqanizm, digər aminturşulardan sintez edə bilər:
- cinsi funksiyaları yaxşılaşdıran arqinin;
- antioksidant rolunu oynayan sistein;
- güclü antidepressant olan tirozin;
- enerjini artıran karnitin;
- antioksidant olan qlutation;
- həddindən artıq çox dozası təhlükəli olan qomosistin.
Əvəzolunan aminturşular:
Bu aminturşuları orqanizm özü sintez edir:
- enerji mənbəyi olan alanin;
- mineralların həzmini yaxşılaşdıran asparaqin turşusu;
- hüceyrələri təmizləyən və qoruyan sistin;
- spirtli içkələrə və şirniyyata meyli azaldan qlutamin turşusu;
- qlutamin;
- yaraları sağaldan qlisin;
- əzələ kütləsi üçün zəruzi olan ornitin;
- zədələri müalicə edən pirolin;
- hüceyrələri yeniləyən serin;
- sinirlərin və ürəyin sağlamlığı üçün zəruri olan taurin.
Aminturşular kompleksləri - BCAA-kompleksi:
BCAA-kompleks tərkibinə 3 əvəzolunmaz aminturşuları daxildir – izoleysin, leysin və valin.
BCAA ən çox böyük və orta intensivli anaerobik məşqlərdə istifadə olunur. “Anaerobik məşqlər” – güclü, qısamüddətli (5-10 saniyə) yükləri az sayda təkrarlar ilə yerinə yetirilən məşqlərdir.Təcrübəli idmançılar bilirlər ki, bu cür məşqlər əzələ kütləsinin formalaşmasını və artmasını təmin edir. Aerobik məşqlərdə isə (kardio məşqləri – qaçış, üzgüçülük və s) BCAA kompleksi qəbulundan elə də güclü effekt olmayacaq. Amma bu o demək deyil ki, aerobik məşqlərlə məşğul olan adamlar üçün aminturşular lazım olmur – sadəcə bu hallarda tam aminturşular kompleksləri daha aktual olurlar. BCAA tərkibi müəyyən məqsədi güdür. Qisamüddətli güclü yüklərdə orqanizm hüceyrədaxili enerji ehtiyatları istifadə edir, çünki qan hüceyrələri qlikogenlə qidalanmağı çatdırmır. Bu halda hüceyrələr ehtiyatları istifadə etməyə başlayırlar, daha sonra – kreatinfosfatı, axırıncı vasitə kimi isə - BCAA. Məhz buna görə yüngül yüklərdə bu proses BCAA qədər çatmır, daha tez bitir. Nə qədər anaerobik məşqlər ağırdırsa, bir o qədər BCAA-nın tez yandırılması baş verir. Məşqi qurtarmaq üzrə olanda BCAA defisitdə olur, onlar olmadan isə əzələ kütləsinin sintezi dayandırılır. BCAA-nın xaricdən gələn mənbəyi olmadıqda mövcud olan zülal molekularının dağılması başlayır, onlardan BCAA alınır və yeniləri dərhal sintez olunmağa başlayırlar. Nəticədə, BCAA-nın çatışmazlığı katabolik prosesləri yaradır. BCAA-nın defisit problemi məşqdən sonra dərhal BCAA kompleksi qəbul etməklə həll olunur.
Tam aminturşular kompleksləri:
Tərkibində tam balanslaşdırılmış aminturşular kompleksi olan məhsullar bu qrupa daxildir və onlar əzələlərdə zülal molekullarını qurmaq üçün vacibdirlər. Məşq növündən asılı olmayaraq bütün idmançılar bu kompleksdən istifadə edə bilərlər. Qəbul miqdarı isə məşqlərin intensivliyinə görə müəyyən olunur.
Nəticələr:
İnsan orqanizminin normal fəaliyyəti üçün aminturşuların rolu böyükdür. Bədənə tələb olunan aminturşuların miqdarını artırmağın yolu bioloji əhəmiyyətə malik olan qida əlavələrinin istifadəsidir. Belə qida əlavələri həm də vegeterianlar üçün faydalı ola bilərlər, çünki bitki mənşəli qidalarda olmayan zəruri maddələr ilə orqanizmi təmin edirlər.
GM Sport - Sağlam həyat tərzidir.