Məşq etməyin ruh sağlamlığınıza faydaları!

Posted: 07-04-2017

Bir çox insan ürək-damar sağlamlığını qorumaq, əzələ kütləsini artırmaq və daha formada görünmək üçün idman zallarına gedir. Əslində idman etməyin qeyd etdiklərimiz xaricində daha çox faydalar var. İdman edərək xarici görünüşünüzə təsir etməklə yanaşı həm də analitik düşünmək, günlük həyatınızda daha aktiv, pozitiv olursunuz.

Streessinizi azaldın.
Stressli bir günün sonunda gəzintiyə çıxmaq və ya qaçmaq yaxşı bir çıxış yolu ola bilər. Biraz tərləmək, fiziki və zehni stressi azaltmağa kömək olur.

Daha çox xoşbəxtlik hormonu ifraz edin.
Xoşbəxtliyin sirri nizamlı olaraq məşq etməyin arxasında yatır! Məşq etmək bədəndə endorfini artırır. Xoşbəxtlik hormonu olaraq bilinən endorfin, bədəndə stress, ağrı kimi hallar baş verdikdə bədəni rahatladaraq daha yaxşı hiss etmənizi təmin edir. Həkimlər özümüzü çox gərgin hiss etdiyimizdə mətbəx əvəzinə idman zalına getməyinizi məsləhət görür. Bəzi hallarda məşq hətta antidepressant qədər effektli ola bilir. Həftədə bir neçə dəfə edilən 30 dəqiqəlik məşqlər həyat tərzinizə çox müsbət təsir edəcəkdir.


Yuxu saatınızı rejimə salın.
Heç uzun bir qaçış sonrası və ağırlıq qaldırmasından sonra yat
Bəzi insanlar üçün ortalama bir məşq ona yuxu dərmanı kimi gəlir. Gün boyu etdiyiniz bütün hərəkətlər bədənin istiliyini artırır. Bədənin istiliyi də bir neçə saat içində geri düşür və bədənə yuxu saatının gəldiyini ötürür.

İş effektliyinizi artırın.
Aaparılan araşdırmalar nəticəsində nizamlı şəkildə idmana zaman ayıran şəxslərin digərlərinə nisbətən daha yaradıcı və enerjik olduğu göstərilir. Gərgin iş rejiminiz idman zallarına vaxt ayırmağa imkan vermirsə, bunu həftə sonuna sala bilərsiniz.

 


Xüsusilə yaz vaxtıdır. Hava gözəl, enerjilər bol! smiley